BolgeXeber.Com » Xəbərlər » Saleh Rüstəmli aclığı dayandırdı

Saleh Rüstəmli aclığı dayandırdı

16-12-2021, 14:49
Oxunub: 904 Həbsxanada aclıq aksiyası keçirən Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmli aksiyanı dayandırıb.

Bu barədə professor Adil Qeybulla məlumat verib.

"Saleh Rüstəmlinin zəifləməsi var, yavaş-yavaş o da bərpa olunacaq. Azadlığa buraxılması ilə bağlı dövlət məşğul olur. Arzu edək ki, humanist addımlar da olsun”, deyə Adil Qeybulla bildirib.
 
Qeyd edək ki, 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı vəzifəsində çalışmış Saleh Rüstəmli 2018-ci ildə həbs olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü S.Rüstəmli 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib