BolgeXeber.Com » Xəbərlər » DİN-dən Əlif Hacıyevin qardaşının həbsi ilə bağlı açıqlama

DİN-dən Əlif Hacıyevin qardaşının həbsi ilə bağlı açıqlama

18-12-2021, 12:35
Oxunub: 1 088 Daxili İşlər Nazirliyi Milli Qəhrəman Əlif Hacıyevin qardaşı Rza Hacıyevin həbs olunması xəbəri ilə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dekabrın 16-da saat 23 radələrində Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini Rza Hacıyevin münaqişə zəminində həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hacıyev saxlanılıb. Ondan “AKMS” markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb, araşdırma aparılır.Qeyd edək ki, Rza Hacıyev Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin qardaşıdır. O, Neftçala və Bakının Sabunçu rayonunun keçmiş polis rəisi olub. Rza Hacıyev dekabrın 16-sı gecə 12 radələrində Pirşağı qəsəbəsində münaqişə zəminində həm qohumu, həm də biznes şəriki olan şəxsin "Lexus” markalı maşınına avtomatdan 18 dəfə atəş açıb.