BolgeXeber.Com » Xəbərlər » Göyçayda karantin qaydalarını pozan toy sahibi cərimələnib

Göyçayda karantin qaydalarını pozan toy sahibi cərimələnib

21-12-2021, 15:51
Oxunub: 1 096 Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı rayonun Ləkiçılpaq kəndində Ələddin Kərimova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman müəyyən edilən say həddindən artıq qonağın iştirak etdiyi, eləcə də bəzilərinin COVID-19 pasportu olmadığı məlum olub.
Aşkarlanmış qayda pozuntuları ilə bağlı Ə.Kərimov inzibati məsuliyyətə cəlb olunaraq cərimələnib