BolgeXeber.Com » Xəbərlər » Bu ərazilərə qar yağacaq, yollar buz bağlayacaq - VİDEO

Bu ərazilərə qar yağacaq, yollar buz bağlayacaq - VİDEO

22-12-2021, 10:00
Oxunub: 1 192 Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək, qar yağacaq, yollar buz bağlayacaq.

Bakıda və Abşeron yarımadasında dekabrın 22-dən-25-dək havanın arabir yağıntılı olacağı, dekabrın 23-24-də bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.


Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcək.

Gülşad Məmmədova rayonlarda da qeyri-sabit hava şəraitinin müşahidə olunacağını bildirib.


Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlaması ilə əlaqədar əhaliyə daha ehtiyatlı olmaq tövsiyə edilib.