BolgeXeber.Com » Xəbərlər » "JEK"lər ləğv oluna, səlahiyyətləri bələdiyyələrə verilə bilər -VİDEO

"JEK"lər ləğv oluna, səlahiyyətləri bələdiyyələrə verilə bilər -VİDEO

27-12-2021, 09:49
Oxunub: 1 232 Azərbaycanda uzun müddətdir ki, müzakirəsi aparılan Mənzil-Kommunal İstismar Sahələri ləğv edilə bilər. Bəs bu halda onların səlahiyyətləri hansı quruma veriləcək?
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2022-2026-cı illər üzrə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında ölkədə mənzil-kommunal istismar sahələrinin ləğvinin yer aldığını deyib.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Tahir Rzayev də bildirib ki, "JEK"lər ləğv edilməli, onların səlahiyyətləri bələdiyyələrə verilməlidir.
Millət vəkili bildirib ki, "JEK"lərin ləğvi məsələsi bir neçə il bundan öncə qaldırılmışdı: "Mən "JEK"in bələdiyyələrə birləşdirilməyini təklif etmişdim. Çünki bu səlahiyyətləri bilavasitə bələdiyyələr yerinə yetirə bilərlər. Ancaq onun da tərəfdarı deyiləm ki, burada uzun müddət çalışanlar işsiz qalsınlar. Əlbəttə ki, bu səlahiyyətlər bələdiyyələrə veriləndən sonra orada çalışan, bu sahəni yaxşı bilən işçilər bələdiyyələrin nəzdində fəaliyyət göstərməlidirlər".