BolgeXeber.Com » Xəbərlər » Şabran İcra Hakimiyyətinin komendantını maşın vurub

Şabran İcra Hakimiyyətinin komendantını maşın vurub

27-12-2021, 11:07
Oxunub: 1 432 Bakı-Quba yolunda piyadanı maşın vurub. Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun 126-cı km-də qeydə alınıb.

Bakının Yasamal rayon sakini Məmmədova Leyla Vahid qızı idarə etdiyi “JEEP” markalı “10 GD 016” dövlət qeydiyyat nişanlı avtomaşınla piyada - Şabran rayonu, Dəvəçi kənd sakini, 1977-ci il təvəllüdlü Səbuhi Bayramovu vurub.

Ağır bədən xəsarətləri alan piyada Şabranda ilkin tibbi yardım göstərildikdən sonra paytaxtda yerləşən tibb müəssisələrindən birinə köçürülüb.

Qeyd edək ki, S. Bayramov Şabran Rayon İcra Hakimiyyətinin komendantı vəzifəsində çalışır.

Faktla bağlı araşdırmalar davam etdirilir.