BolgeXeber.Com » Xəbərlər » Rayonlar niyə özünü dolandıra bilmir? (VİDEO)

Rayonlar niyə özünü dolandıra bilmir? (VİDEO)

27-12-2021, 12:28
Oxunub: 1 088 Bir çox rayonlar hələ də hökumətdən dotasiya alır. Yəni özünü dövlətin hesabına saxlayır. Halbuki həmin rayonların özünü təmin etməsi üçün yetərli potensialı var. Amma görünür, hazıra nazir olmaq bu rayonlar üçün daha sərfəlidir. Deyə bilərsiniz ki, axı bütün rayonların özünü təmin etməsi üçün yetərli iqtisadi gücü yoxdur. O zaman bu cür rayonların daha güclü potensialı olan rayonlara birləşdirilməsi doğru olmazdımı?

Tez-tez belə fikirlər səslənir ki, rayonların idarə edilməsi üsulu köhnəlib, insanlara lazımi şərait yaradılmır, onlar ən xırda məsələnin həlli üçün paytaxta üz tutur və sair.

Hələ son dövrlər bəzi icra hakimiyyəti başçılarının işində aşkarlanan nöqsanları da nəzərə alsaq, bütün bunlar rayonlarda bir sıra dəyişikliklər edilməsi məsələsini aktuallaşdırır.

İTV bu dəyişikliklərin baş tutma ehtimalını araşdırıb.