BolgeXeber.Com » Xəbərlər » Təhsil naziri müşavirini işdən çıxartdı, başqa vəzifəyə təyin etdi

Təhsil naziri müşavirini işdən çıxartdı, başqa vəzifəyə təyin etdi

28-12-2021, 16:47
Oxunub: 1 056 Təhsil nazirinin müşaviri işdən çıxarılıb, yeni vəzifəyə təyin olunub.
Nazirin müşaviri Ülkər Səttarova Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alıb.
Bununla bağlı təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Agentlikdən bildirilib ki, yeni sədr Ü.Səttarova bu gündən işinin icrasına başlayıb.
Nazirin digər əmri ilə Agentliyin keçmiş sədri Eldar Orucov Təhsil Nazirliyinə təyinat alıb. Belə ki, E.Orucov nazirlikdə Aparat rəhbərinin müavini təyin edilib.