BolgeXeber.Com » Xəbərlər » Göyçayda karantin qaydalarını pozan toy sahibi cərimələnib

Göyçayda karantin qaydalarını pozan toy sahibi cərimələnib

29-12-2021, 11:41
Oxunub: 960 Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı rayonun Hacalıkənd kəndində Sahib Salmanova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman toy mərasimində 150 nəfərdən çox qonağın iştirak etdiyi müəyyən olunub. Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar S.Salmanov inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.