BolgeXeber.Com » Xəbərlər » Tanınmış iş adamı Azərbaycan xalqını bayram münasibətilə təbrik edib

Tanınmış iş adamı Azərbaycan xalqını bayram münasibətilə təbrik edib

29-12-2021, 18:33
Oxunub: 1 640 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramıdır.
 
Bu münasibətlə tanınmış iş adamı, “Qurtuluş 93” MTK-nın rəhbəri, xeyriyyəçi  Məhərrəm Novruzov Azərbaycan xalqını təbrik edib.
Bolgexeber.com -un verdiyi məlumata görə, təbrikdə qeyd olunur ki, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsindəqazanılan möhtəşəm qələbə və müharibədən sonrakı dövrdə əldə olunan böyük siyasi-diplomatik və sosial-iqtisadi nailiyyətlərin sayəsində hazırda işğaldan azad olan torpaqlarımızda nəhəng infrastruktur layihələri və genişmiqyaslı quruculuq işləri uğurla həyata keçirilməkdədir.
Qalib xalqımız tərəfindən bu bayram günlərində Azərbaycanın ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur və igid qazilərimizə şəfa dilənir.
İş adamı 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni 2022-ci il münasibəti ilə seçicilərinə səmimi təbriklərini və xoş arzularını yetirib.
“Mən bütün azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm.
Hər bir Azərbaycan ailəsinə səadət, xoşbəxtlik, yeni uğurlar arzulayıram.
Bayramınız mübarək olsun!”
 
 Qeyd edək ki, Hacı Məhərrəm Novruzov həmişə “Qurtuluş 93” yaşayış kompleksində və ümumiyyətlə imkansız insanlara yardım edib, ehtiyacı olanlara kömək edib, 44 günlük Vətən müharibəsində və həmçinin pandemiya dövrü daima ordumuza, imkansız insanlara dəstək dəstək olub , yaxşı əməllər sahibi kimi tanınıb.