BolgeXeber.Com » Xəbərlər » Tətildən sonra tənbəllik sindromu: - Necə xilas olmalı...

Tətildən sonra tənbəllik sindromu: - Necə xilas olmalı...

3-01-2022, 10:39
Oxunub: 1 376 5 günlük tətil başladı. İl boyu işləməyə öyrənən, ofisdən çıxmayan, kompüter qarşısından durmayanlar da məcbur olub tətil edəcək. Bu tətil harasa səfər etmək, səyahət etmək olmasa belə, işləməyə öyrəşən insanlar tətildən sonra işə adaptasiya ola bilmir. Əvvəlki əmək qabiliyyətini geri qaytarmaq, əvvəlki kimi işləyə bilmək üçün tətilin iki qatı qədər zaman ehtiyac olur.
Tətildən sonra işə necə adaptasiya olmalı?

Psixoloq Rəvanə Quliyeva Bizimyol.info saytına açıqlamasında bildirib ki, tətildən sonra yaşanılan tənbəllik, işləməyə həvəsin olmaması, işə adaptasiya olmaqda çətinlik “tətildən sonra” sindromu adlanır. Mütəxəssis bildirir ki, bu sindromu daha çox işini sevməyən ancaq işləməyə məcbur olan şəxslər yaşayır. İşini sevərək edənlər isə, aradan bir aya keçsə belə yenə əvvəlki kimi işini görə bilir.

“Tətildən sonra çətinlik yaşadığınızı düşünürsünüzsə, tətilə başqa formada yanaşın. Düşünün ki, bu 5 gün sizin yeni ildə daha yaxşı işləməyiniz üçün dincəlmə istirahət dövrüdür. Tətildə “kaş ki, hər zaman tətil olaydı” deyib, istirahət etsəniz, işinizi əvvəlki kimi görə bilməzsiniz. Tətili siz güclənməyiniz üçün, beyninizin rahatlaşması üçün olan bir müddət kimi dəyərləndirin. Tətildən qayıtdıqdan sonra isə birdən-birə ağır işin altına girməyin. İşə sakit-sakit, özünüzü gərginləşdirmədən başlasanız heç bir problem yaşamayacaqsınız. Tətildən sonra işə başladığınız zaman özünüzə qısa fasilələr edin. Gəzin, kofe için, hava alın və yenidən işinizə qayıdın” - deyə psixoloq bildirib. Onun sözlərinə görə, bəzən insanlar tətillə, iş arasında balansı qoruya bilmir. Unudurlar ki, istirahət və əyləncə tətildə olur. İş zamanı isə, işləmək lazımdır.

Ən gözəl və ən unudulmaz tətilin təsiri 3 həftə davam edir. Buna görə də, tətili düşünüb işləməmək, insanı bir çox fəaliyyətlərdən geri atar.

“Tətildən sonra bəzən insanlarda yuxusuzluq, istəksizlik, dözümsüzlük müşahidə edilir. Bəzi şəxslərdə isə, baş ağrısı, həzm sistemi problemləri, əzələ ağrıları, səhərləri yorğun oyanma, tez əsəbləşmə, motivasiyanın azalması, sosial münasibətlər çətinlik, əsəb-hirs və s. görülür. Bu vəziyyətləri iş yerində yaşamamaq üçün işə qayıdacağınız gündən bir gün əvvəl evə qayıdın və özünüzü iş üçün hazırlayın. İşə getmək üçün yuxudan tez durun. Beləcə tətildən sonra ilk iş günü işə gecikməyin stresini yaşamış olmazsınız. Tətil bitdi deyə evə qapanmayın. Gün ərzində işdən sonra qısa da olsa piyada gəzin. Şəhərdə hərhansı bir üzgüçülük hovuzuna gedin. Tətilin verdiyi xoş hisslərin fonunda işdən uzaqlaşmaq, iş dəyişdirmək kimi radikal qərarlar verməyin” - deyən psixoloq bildirib ki, bu halı hamı yaşaya bilər. Buna görə də, tətildən sonra işə adaptasiya olmaq üçün sadəcə zamana ehtiyac var. Sonra görəcəksiniz, yenə işinizin başındasınız.

Psixolqun da dediyi kimi, ən gözəl tətil belə 3 həftəyə unudulur. Odur ki, işə sarılın. Çünki insana yaşam motivasiyasını iş verir.