BolgeXeber.Com » Xəbərlər » Bu məhsulların idxalı ƏDV-dən azad edildi

Bu məhsulların idxalı ƏDV-dən azad edildi

11-01-2022, 17:14
Oxunub: 1 536 Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib.

Bolgexeber.com xəbər verir ki,  Məcəllənin 164.1.55-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 164.1.56-cı maddə əlavə edilib. 

Həmin maddədə bildirilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı – 2021-ci il oktyabrın 15-dən 5 il müddətinə Əlavə Dəyər Vergisindən azad edilir.

Bu Qanun 2021-ci il oktyabrın 15-dən tətbiq edilir.