BolgeXeber.Com » Xəbərlər » Tağı Əhmədov ağır xəstəliyə tutulub: "Həkim yoxdur, olsaydı, məni sağaldardı"

Tağı Əhmədov ağır xəstəliyə tutulub: "Həkim yoxdur, olsaydı, məni sağaldardı"

1-02-2022, 14:22
Oxunub: 1 312 "1,5 ildən artıqdır ki, ayaqlarım tutulub”.

Bu sözləri Qaynarinfo-ya açıqlamasında Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədov deyib. Keçmiş rəis səhhətinin çox pis olduğunu bildirib:

"İlyarımdır yeriyə bilmirəm. Bilmirəm nəyə görə bu xəstəliyə tutuldum. Xəstəliyimin konkret diaqnozu "Miyelit”dir (onurğa-beyin iltihabı)".

Tağı Əhmədov vurğulayıb ki, xaricdən Bakıya yenicə qayıdıb: "Bir ildir Türkiyədə müalicə olunurdum. Almaniyaya da getdim. Xeyri yoxdur. Həkim olsaydı, məni sağaldardı. Həkim yoxdur. Olsaydı, konkret müalicəmi deyərdilər”.

Qeyd edək ki, bu barədə ilk məlumatı "Yenisabah" yayıb.