BolgeXeber.Com » Xəbərlər » On səkkiz il ərzində Prezident 18 dəfə Gəncə şəhərində rəsmi səfərdə olub

On səkkiz il ərzində Prezident 18 dəfə Gəncə şəhərində rəsmi səfərdə olub

1-02-2022, 18:18
Oxunub: 1 224 Prezident İlham Əliyevin Gəncəyə səfəri Azərbaycanın hərtərəfli inkişaf konsepsiyasının tərkib hissəsidir. Belə səfərlər zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı dövlətimizin başçısının verdiyi göstərişlər, imzaladığı sərəncamlar şəhərin hərtərəfli inkişafına zəmin yaradır. Bu gün Gəncədə çox böyük infrastruktur layihələri icra olunur, şəhərdə elektrik təhcizatı və su təminatı ilə bağlı iri miqyaslı işlər görülür. Artıq Bakı-Gəncə, Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi tam başa çatıb, Gəncədən Bakıya qədər dəmir yolu tam modernləşdirilib, 245 nəfərlik xəstəxana istifadəyə verilib, modul tipli xəstəxana qısa müddətdə ərsəyə gətirilib, Dövlət Flarmoniyasının, Dram Teatrının yeni binaları, eyni zamanda 30-a yaxın məktəb tikilib, təmir olunub Prezident İlham Əliyevin yürütdüyü düzgün, məqsədyönlü siyasət ilbəil öz bəhrəsini verir və ölkəmizi yeni-yeni uğurlara doğru aparır. Dövlətimizin başçısına Gəncə Dövlət Dram Teatrının yeni binasında görülən işlərlə bağlı məlumat verilib. Qeyd edildi ki, Gəncə Dövlət Dram Teatrının 2014-cü ildə təməli qoyulan yeni binasında 478 yerlik böyük tamaşaçı zalı, 22 tamaşaçı yerlik lojalar və 120 yerlik kiçik tamaşaçı zalı var. Yeddimərtəbəli binada, həmçinin iki zaldan, 135 eksponat və rəsm əsərlərindən ibarət Gəncə Teatr Muzeyi, zəngin kitabxana, xoreoqrafiya zalı, qrim otaqları, mehmanxana, kafe və digər zəruri infrastruktur yaradılıb. Bir sözlə teatrın yeni binasında tamaşaların nümayişi üçün müasir texniki şərait təmin edilib, yaradıcı heyətin məşqləri ilə bağlı bütün məqamlar nəzərə alınıb. Prezident Gəncəyə səfəri zamanı 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzini işə saldı.Gəncədə fəaliyyətə başlayan ikinci ASAN Xİdmət Mərkəzi ölkə üzrə sayca iyirmi ikincidir. Vətəndaş əhatəsinə nəzər salsaq görərik ki, Gəncə şəhəri, Şəmkir, Gədəbəy, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı rayonlarını əhatə edən bu bölgədə qeydiyyatda olan ümumilikdə 1 milyona yaxın insan var. Mərkəzdə vətəndaşlara müxtəlif dövlət qurumları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 320-dən çox xidmət göstəriləcək. Bu Mərkəzdə 40 nəfər çalışacaq ki, onlar da əsasən şəhid ailələrinin üzvləri, qazilər və könüllülərdir. Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının uğurlu icrasını təmin edən əsas məsələlərdən biri infrastruktur layihələrinin tikintisinin gedişi ilə Prezidentin yerində tanış olmasıdır. Prezident İlham Əliyevin də vurğuladığı kimi , prezidentliyinin 18-ci ilində Gəncə şəhərinə 18 - ci səfəri heç təsadüfi deyil. Bu həm Gəncənin ölkəmiz üçün əhəmiyyəti həm də bir sıra layihələrin məhz Gəncə şəhəri ilə əlaqədar olması ilə bağlıdır. Bu gün Gəncədə bir çox ölkə əhəmiyyətli təmir -tikinti işləri, yenidənqurma proyektləri mövcuddur. Gəncə istər sosial -iqtisadi , istərsə də siyasi baxımdan nəinki Azərbaycanda , regionda xüsusi mövqeyə sahib şəhərlərdəndir. Prezident İlham Əliyevin hər Gəncə səfəri şəhərin əsas qlobal problemlərinin həllinə yönəlmişdir. 2004-cü ildən bu yana prezident kimi həyata keçirtdiyi səfərlərdə Gəncədə böyük işlərə imza atılmış, əhəmiyyətli maddi büdcəyə sahib layihələr həyata keçirilmiş, bir çox proyektlərin təməli qoyulmuşdur. Budəfəki səfərdə cənab Prezident Gəncə İdman Sarayında tikinti işlərinin gedişi ilə tanış olub. İkimərtəbəli Gəncə İdman Sarayında böyük idman zalı, üzgüçülük hovuzu, beynəlxalq turnirlərin keçirilməsi üçün məkan, şahmat, güləş, boks və idmanın digər növləri üzrə məktəblər fəaliyyət göstərəcək. Dördüncü regional inkişaf proqramı çərçivəsində icra olunan növbəti layihə Gəncə lokomotiv deposudur. Yanvarın 30-da Gəncədə “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposu istismara verilib. Gəncə lokomotiv deposu ABŞ, Almaniya,
İngiltərə, Hollandiya, İtaliya, Türkiyə, Koreya Respublikası, Çin, Rusiya və bir sıra digər ölkələrin istehsalı olan müasir avadanlıq və cihazlarla təchiz olunub. Yeni depoda 75 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Vətən müharibəsi dövründə Gəncə şəhəri oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif təyinatlı “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket qurğularından endirilən zərbələrə məruz qalıb. Nəticədə 6-sı uşaq olmaqla, 26 mülki şəxs həlak olub, 31-i uşaq olmaqla, 142 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Münaqişə bölgəsindən kilometrlərlə kənar ərazilərin qadağan olunmuş kaset bombalarla hədəfə alınması heç bir mənəvi müstəviyə uyğun deyildi. Azərbaycan isə müharibənin ilk günündən heç bir halda mülki əhaliyə atəş açmır, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirir, qisasımızı döyüş meydanında alırdı. Ermənistanın raket hücumları nəticəsində həlak olan dinc sakinlərin xatirəsi isə bu ərazini ziyarətə gələn hər kəs tərəfindən ehtiramla anılır. Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin təməlini qoyub. Olduqca böyük ərazini əhatə edən Memorial Abidə Azərbaycanın II Qarabağ müharibəsi zamanı dinc əhalinin üzləşdiyi alçaqca törədilmiş terror hadisələrinə münasibətinin əksidir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş regionların sosial -iqtisadi rifahının yüksəldilməsi çərçivəsində Cənab Prezident İlham Əliyevin xüsusi təşəbbüsləri bu gün Gəncəni ölkənin və regionun inkişaf şəhərinə çevirmişdir. Gəncə də Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə geniş vüsət alan tərəqqidən kənarda qalmayıb, gündən-günə inkişaf edən bir şəhərə çevrilib.
Bərdə rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Türkan Şadlinskaya