BolgeXeber.Com » Xəbərlər » Bakıda turistlərin evinə qonaq gedən qadın özü-özünə xəsarət yetirib - DİN

Bakıda turistlərin evinə qonaq gedən qadın özü-özünə xəsarət yetirib - DİN

2-02-2022, 12:05
Oxunub: 992 Daxili İşlər Nazirliyi (DİN) Bakıda turistlərin evinə qonaq gedən qadının döyülməsi ilə bağlı məlumata münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, qadının döyülüb xəsarət yetiriməsi ilə bağlı iddialar əsasızdır.

Qeyd edilib ki, hadisə baş verən ünvanda qadının özü-özünə xəsarət yetirməsi ilə bağlı görüntülər var: "İddiaların təfərrüatları Səbail Rayon Polis İdarəsinin 39-cü Polis bölməsində araşdırılır".