BolgeXeber.Com » Xəbərlər » Vilyam Hacıyev də həbsdə namaza başladı

Vilyam Hacıyev də həbsdə namaza başladı

7-02-2022, 10:29
Oxunub: 1 112 İmişli rayonunun həbsdə olan keçmiş icra başçısı Vilyam Hacıyev həbsdə ibadətə başlayıb.

Bolgexeber.com xəbər verir ki, “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, hazırda Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsində olan keçmiş icra başçısı namaz qılır.


O, müəssisədə olanlara hər zaman islam dininə bağlı olduğunu, sadəcə işləri çox olduğundan ibadət üçün vaxt ayıra bilmədiyini deyib. Hətta dinə bağlı olduğunu sübut etmək üçün vaxtilə Göygöl rayonunda məscid tikdirdiyini də bildirib.

Qeyd edək ki, V. Hacıyev ötən ilin sentyabrından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Buna səbəb kimi, onun ağciyərlərində pnevmoniya aşkarlandığı göstərilir.

Xatırladaq ki, daha əvvəl Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədovun da həbsdə namaza başlayıb, şeir yazması, idmanla məşğul olması ilə bağlı xəbərlər yayılmışdı.