BolgeXeber.Com » Xəbərlər » Metrodakı yoxlanışlar nədən xəbər verir? - VİDEO

Metrodakı yoxlanışlar nədən xəbər verir? - VİDEO

9-02-2022, 11:22
Oxunub: 1 336 Son vaxtlar Bakı metrosunda polis əməkdaşları tərəfindən aparılan yoxlamalar daha da gücləndirilib.

Bolgexeber.com xəbər verir ki, xüsusi yoxlama cihazından əlavə polislər metroya daxil olan vətəndaşlardan şəxsiyyət vəsiqələrini də tələb edirlər.

Vəsiqələrin hansı səbəbdən tələb olunması isə çox adama məlum deyil.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, həmin yoxlamalar metroya daxil olan COVID-19 xəstələrinin müəyyən edilməsi üçündür.

"Dünən bu yoxlamalar sayəsində 3 aktiv koronavirus xəstəsi müəyyən edilib. Onlarla profilaktiki söhbətlər aparılıb və hər biri müalicə aldıqları ünvana yerləşdiriliblər", - deyə Elşad Hacıyev əlavə edib.