BolgeXeber.Com » Xəbərlər » Ağacların kəsilməsi ilə bağlı araşdırma davam edir

Ağacların kəsilməsi ilə bağlı araşdırma davam edir

9-02-2022, 14:54
Oxunub: 2 048
Yasamal rayonu, Həsən Məcidov küçəsi, 5 saylı binanın qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb və fakt təsdiqini tapıb. 
Xidmət rəsmisi Vaqif Cavadov Bolgexeber.com-a bildirib ki, hazırda təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hüquq-mühafizə orqanları ilə birgə araşdırma davam edir.
“Kəsilmiş ağacların yerinə yeni ağacların əkilməsi məqsədilə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət olunub”.