BolgeXeber.Com » Xəbərlər » Bu əlamətləriniz varsa, deməli, “Omikron”a yoluxmusunuz - RƏSMİ

Bu əlamətləriniz varsa, deməli, “Omikron”a yoluxmusunuz - RƏSMİ

9-02-2022, 17:43
Oxunub: 1 160 Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov "Omikron” ştamının əlamətlərindən danışıb.
O, "Omikron”un koronavirusun mutasiyalarından biri olduğunu və dünya ölkələrində də həmin ştamın müəyyən növləri olduğunu bildirib.

Onun sözlərinə görə, "Omikron”da xəstəliyin gizli dövrü çox qısadır: "3-4 gün, nadir hallarda 5 gün çəkə bilər: "Buna görə də karantin müddəti 7 günə qısaldıldı. Yoluxuculuq günlərinin sayı da azdır. Hətta bəzi ölkələrdə karantin müddəti 5 günə qədər azaldılıb. Əlamətlərdə də fərqlilik var. Yuxarı tənəffüs yollarının zədələnməsi mövsümi xəstəliklərin simptomları ilə oxşarlıq təşkil edir”.

Nazirlik rəsmisi bildirib ki, digər infeksiyalarda 38-39 dərəcə qızdırmalarda insanlar halsız olmurdusa, indi 37 dərəcə qızdırmada yorğunluq olur: "Əvvəlki ştamlardakı iy, dad bilmə yeni ştamda az müşahidə olunur. Mədə-bağırsaq sisteminin pozulması daha çox qeydə alınır. Bəzi xəstələrdə ilkin əlamətlər bu cür ola bilər”.