BolgeXeber.Com » Xəbərlər » Ziya Məmmədovun oğlunun yerini məşhur iş adamının oğlu tutdu

Ziya Məmmədovun oğlunun yerini məşhur iş adamının oğlu tutdu

10-02-2022, 12:52
Oxunub: 1 360 Azərbaycan Qolf Federasiyasının hesabat-seçki konfransı keçirilib.
Tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında gerçəkləşib.
Rauf Xəlilov federasiya prezidenti seçilib.
Qeyd edək ki, Azərbaycan Qolf Federasiyası 2018-ci ildə fəaliyyətini dayandırıb. Həmin vaxta qədər federasiyaya sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov başçılıq edirdi.
Rauf Xəlilov isə məşhur iş adamı, İSR Şirkətlər Qrupunun sahibi İsgəndər Xəlilovun oğludur.