BolgeXeber.Com » Xəbərlər » Hirkan Milli Parkında açıq qapı günü keçirilib

Hirkan Milli Parkında açıq qapı günü keçirilib

10-02-2022, 13:14
Oxunub: 992
Azərbaycanın cənub-şərqində, Talış dağlarının ətəyində, yerləşən özünəməxsus meşə və dağ meşə landşaftı, endemik və üçüncü dövrə mənsub qədim mənşəli bitki örtüyü ilə seçilən Hirkan Milli Parkının yaranması günü ilə əlaqədar fevralın 9-da milli parkda “açıq qapı” günü keçirilib.
Turistlərə milli parkın ərazisində mövcud olan bitkilərdən hazırlanmış herbarilər, toxum nümunələri, ərazidə yayılmış relikt və endemik ağac və bitki növlərinin fotoşəkilləri və yerli sənətkarıq nümünələri nümayiş olunub.
Tədbirdə Lənkəran rayon məktəblərinin müəllim və şagird heyəti, yerli sakinlər, rayon mədəniyyət idarəsinin, yerli bələdiyyə və ərazi  üzrə nümayəndəliyinin əməkdaşları iştirak edib.
Qeyd edək ki, Hirkan Milli Parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 9 fevral tarixli Sərəncamı ilə yaradılıb.