BolgeXeber.Com » Xəbərlər » Nazirlik market rəhbərliyinə məcburi göstəriş verib

Nazirlik market rəhbərliyinə məcburi göstəriş verib

10-02-2022, 20:13
Oxunub: 1 056 Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində havaya qara tüstünün atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.
Xidmət rəsmisi Vaqif Cavadov Bolgexeber.com-a bildirib ki, araşdırma zamanı sözügedən ünvanda fəaliyyət göstərən “Bazarstore” marketə məxsus generatorda səhər saatlarında baş verən nasazlıq səbəbindən atmosferə qara tüstünün atıldığı müəyyən edilib:
"Faktla bağlı akt tərtib olunub. Generatorda baş verən nasazlığın tez bir zamanda aradan qaldırılması və belə hallara yol verilməməsi üçün marketin rəhbərliyinə məcburi göstəriş verilib".