BolgeXeber.Com » Xəbərlər » Bu şəxslərin təqaüdü artırıldı - Fərman

Bu şəxslərin təqaüdü artırıldı - Fərman

14-02-2022, 17:47
Oxunub: 848 Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərman imzalayıb.

Fərmana əsasən, "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanının 1-ci hissəsində "210 (iki yüz on)” sözləri "250 (iki yüz əlli)” sözləri ilə əvəz edilib.

Bu Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.