COVID-19 sertifikatlarının etibarlılıq müddəti tələbi dəyişdi
15-02-2022, 11:13
Oxunub: 1 392
Bu gündən etibarən COVID-19 sertifikatlarının etibarlılıq müddəti koronavirusa qarşı peyvənd olunmanı (2 doza) təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra vaksin istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını (buster doza) aldıqda müddətsiz olacaq.
Bolgexeber.com xəbər verir ki, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli qərarı ilə "COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən bu gündən COVID-19 sertifikatlarının etibarlılıq müddətinin koronavirusa qarşı peyvənd olunmanı (2 doza) təsdiqləyən sertifikat üzrə müddətsiz olmasına dair qayda ləğv edilir.
Qeyd edək ki, əvvəlki qərara əsasən, etibarlılıq müddəti koronavirusa yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını 56 gün ərzində aldıqda müddətsiz idi. Ancaq fevralın 15-dən bu müddəadan 56 gün çıxarılır. Beləliklə, etibarlılıq müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq.
7
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər