BolgeXeber.Com » Xəbərlər » O fotodakı şəhid anası dünyasını dəyişdi (FOTO)

O fotodakı şəhid anası dünyasını dəyişdi (FOTO)

16-02-2022, 10:06
Oxunub: 2 832 Birinci Qarabağ müharibəsində şəhid olan Qasımov Bəhram Həmid oğlunun anası İltima Qasımova vəfat edib.

O, 94 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Bəhram Qasımov 1992-ci ildə Ağdam rayonun Abdal-Gülablı kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhidimizin anası 2019-cu ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə keçirdiyi görüşdə iştirak etmişdi. Görüşdə şəhid anası ilə Prezidentin birgə çəkilmiş fotosu rəğbətlə qarşılanmışdı.