BolgeXeber.Com » Xəbərlər » Nəcməddin Sadıkov qəzaya düşdü - FOTO

Nəcməddin Sadıkov qəzaya düşdü - FOTO

16-02-2022, 13:48
Oxunub: 3 632 Azərbaycan Silahlı Qüvvələrinin sabiq Qərargah rəisi, ehtiyatda olan general-polkovnik Nəcməddin Sadıkov Bakıda qəza törədib.

Bolgexeber.com-un Bakupost.az -a istinadən verdiyi məlumatına görə, hadisə dünən Mikayıl Müşfiq küçəsi, 10-da baş verib.

Belə ki, "Land Cruiser” markalı, 90 AS 020 nömrəli avtomobili idarə edən N. Sadıkov qarşıdakı "Toyota Prius” markalı maşını vurub.

Həmin avtomobil də qabağındakı digər maşına çırpılıb.

Hadisə yerinə Dövlət Yol Polis əməkdaşları gəlib.

N. Sadıkov sonradan hadisə yerinə öz köməkçisini çağırıb.
 
Şahidlərin sözlərinə görə, o, maşından 10 min dollar pul götürərək köməkçisinə verib və dəyən ziyanın ödənilməsi ilə bağlı tapşırıq verib.

Qeyd edək ki, aylardır N. Sadıkovla bağlı ağır ittihamlar səsləndirilir, amma o ittihamlara reaksiya verməyib.