BolgeXeber.Com » Xəbərlər » İcra başçısı Vətən müharibəsi qazilərini qəbul edib

İcra başçısı Vətən müharibəsi qazilərini qəbul edib

24-02-2022, 16:55
Oxunub: 1 848 Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Cəmilli kənd sakini, 21 yaşlı “Vətən Müharibəsi Qəhrəmanı” Azər Abdullazadə və “Azərbaycan Bayrağı” ordenli rayonun Mamırlı kənd sakini Elnur Salahovu qəbul edib, onların qayğıları, problemləri ilə maraqlanıb.

Qəbul zamanı icra başçısı şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsinin və rifah halının yaxşılaşdırılmasının ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib. Bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu vasitəsi ilə həyata keçirdiyi tədbirlər, şəhid və qazi ailələrinə həssas münasibət hər kəsə mükəmməl örnəkdir.

Sonra Müstəqim Məmmədov Azər Abdullazadəyə ad günü münasibəti ilə hədiyyə təqdim edib.

Hər iki qazi şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib.