BolgeXeber.Com » Xəbərlər » Tərtərdə 21 yaşlı gənci qətlə yetirən şəxs saxlanındı

Tərtərdə 21 yaşlı gənci qətlə yetirən şəxs saxlanındı

25-02-2022, 10:15
Oxunub: 1 320 Tərtərdə 21 yaşlı gəncin bıçaqla qətlə yetirilməsi ilə bağlı xəbər vermişdik.
Rayon Prokurorluğundan Bölgə Tv-nin Qarabağ üzrə bölgə müxbirinə bildirilib ki, fevralın 23-də 2001-ci il təvəllüdlü Elgün Qurbanlının aldığı xəsarətlərdən Bərdə Rayon Diaqnostika Xəstəxanasında ölməsi barədə məlumat daxil olub.
Araşdırmalarla 2004-cü il təvəllüdlü İlkin Nəzərovun münaqişə zamanı Elgün Qurbanlıya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. İlkin Nəzərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. İstintaq tədbirləri davam etdirilir.