BolgeXeber.Com » Xəbərlər » Xarkova 3 istiqamətdən hücum hazırlanır

Xarkova 3 istiqamətdən hücum hazırlanır

25-02-2022, 13:20
Oxunub: 1 448 “Xarkov şəhərində sakitlikdir. Ruslar şəhərə girə bilmədilər”.
Bunu  açıqlamasında Ukrayna Azərbaycanlıları radasının Lvov nümayəndəsi Teymur Məmmədov bildirib: “Dünən Xarkov kənarında döyüşlər gedirdi. Son məlumata görə, Xarkova 3 istiqamətdən hücum hazırlanır: Kupyansk, Sumı və əlbəttə ki, Rusiya ilə sərhəddən. Səhərə yaxın qubernatorun açıqlamasına baxdım, hər şey nəzarət altındadır.

Şəhərdə kommunal xidmətlər göstərilir. Azərbaycanlılara gəlincə, kimsi evinin zirzəmisində qaldı, gecə saat 03:00-dən sonra partlayış olacağı ehtimalını eşidənlərin bir qismi metroda gecələdi. Bütün gecə səslər gəlib. Amma hansı tərəfdən gəlir, bilmirik. Hazırda Xarkovda hərbi vəziyyətdir. Heç yerə çıxa bilmərik. Özüm şəhərdən kənarda yaşayıram. Şəhərə icazəsiz çıxa bilmirik. Görək necə olacaq...”