BolgeXeber.Com » Xəbərlər » "Rusiyanın daha 20 tankı məhv edilib" - Ukrayna Quru Qoşunları

"Rusiyanın daha 20 tankı məhv edilib" - Ukrayna Quru Qoşunları

25-02-2022, 15:56
Oxunub: 1 320 Çerniqov şəhəri istiqamətində "Şimal” operativ komandanlığı Rusiya Silahlı Qüvvələrinin 20-yə yaxın tankını məhv edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları "Facebook" səhifəsində məlumat yayıb.
 
Məlumatda vurğulanır ki, Rusiya Silahlı Qüvvələrinin xeyli sayda canlı qüvvəsi zərərsizləşdirilib:
 
"İşğalçı qüvvələr canlı itki verib. "Şimal” bölməsi, həmçinin Çerniqov şəhərinə doğru irəliləyən Rusiya texnikasının kolonunu məhv edib. Nəticədə 10-15 civarında texnika zərərsizləşdirilib. Çerniqov müdafiəni saxlayır və düşməni məhv edir”, - deyə məlumatda bildirilir.