BolgeXeber.Com » Xəbərlər » Ukrayna yeni "Bayraktar" PUA-ları aldı

Ukrayna yeni "Bayraktar" PUA-ları aldı

2-03-2022, 12:08
Oxunub: 1 096 Ukrayna yeni "Bayraktar" pilotsuz uçuş aparatları alıb.

Bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov feysbukda yazıb. O, bildirib ki, Artıq Ukraynaya yeni "Bayraktarlar" gəlib:

"Dünən ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə uzun söhbətim oldu. Hətta təcrübəli amerikalı hərbçilər belə müdafiəçilərimizin peşəkarlığından və xalqımızın əzmkarlığından məmnundurlar. Aldığımız yardımların sayı artır. Bu yardımı edən ölkələrin sayı da artır. Hətta onun üçün qeyri-mümkün hesab edilənlər də kampaniyaya qoşulur.

Artıq Ukraynaya yeni "Bayraktarlar" gəlib. Avropa bizə lazım olan müdafiəni təmin edir. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Mən bu gün ölkəmizi qoruyan hər kəslə fəxr edirəm”, - nazir bildirib.