BolgeXeber.Com » Xəbərlər » Eldar Mahmudovun vəfatı xəbəri yayıldı, vəkili təkzib etdi

Eldar Mahmudovun vəfatı xəbəri yayıldı, vəkili təkzib etdi

2-03-2022, 13:30
Oxunub: 1 064 Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov vəfat etməsi barədə xəbər yayılıb.

Bu barədə "e-huquq.az" saytı məlumat yayıb. Saytın məlumatına görə, E. Mahmudov gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişib.

Amma Eldar Mahmudovun vəkili Cavid Rzazadə Qaynarinfo-ya açıqlamasında xəbəri təkzib edib.

"Xəbər yalandır. Eldar Mahmudov evindədir. Nə müalicə alır və nə də ki, özünü narahat hiss edir. Mən ailəsinin adından bildirirəm ki, bu şayiədir. Nəsə olsaydı deyərdik”.