BolgeXeber.Com » Xəbərlər » Daha 570 nəfər koronavirusa yoluxdu, 19 nəfər öldü

Daha 570 nəfər koronavirusa yoluxdu, 19 nəfər öldü

3-03-2022, 18:40
Oxunub: 1 040 Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 570 yeni yoluxma faktı qeydə alınıb, 1 784 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 787 937 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 771 530 nəfər müalicə olunaraq sağalıb, 9 473 nəfər vəfat edib. 6 934 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 847, bu günə qədər isə ümumilikdə 6 579 163 test icra olunub.

Ötən sutkada koronavirus əleyhinə 30 871 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1769, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1675, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 25 705, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1722 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 082 592, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 304 350, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 790 428, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 778 250 , pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 209 564 nəfər təşkil edir.