BolgeXeber.Com » Xəbərlər » Şuşada yol qəzasında 20 yaşlı əsgərimiz həlak olub-FOTO

Şuşada yol qəzasında 20 yaşlı əsgərimiz həlak olub-FOTO

4-03-2022, 10:10
Oxunub: 1 112 Martın 3-ü hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub.
Bu barədə Bolgexeber.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Əsgərin əmisi oğlu Kənan Kazımov bildirib ki, yaxın saatlarda mərhumun cənazəsi ailəsinə təhvil veriləcək.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.