BolgeXeber.Com » Xəbərlər » Altı günlük məktəblərdə martın 7-si dərs olacaq? (AÇIQLAMA)

Altı günlük məktəblərdə martın 7-si dərs olacaq? (AÇIQLAMA)

4-03-2022, 13:44
Oxunub: 920 Altı günlük iş həftəsi olan təhsil müəssisələrində isə 5 mart iş gününə təsadüf etdiyindən növbəti həftənin bazar ertəsi – martın 7-si iş günü hesab edilir.

Bolgexeber.com xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Nazirlər Kabinetinin 3 mart 2022-ci il tarixli, 69 nömrəli Qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib: "Bununla əlaqədar beş günlük iş həftəsi olan təhsil müəssisələrində 5 mart iş günü, 7 mart isə qeyri-iş günü hesab edilir".