BolgeXeber.Com » Xəbərlər » MN: "Ermənistan hərbçisinin həlak olması, digərinin yaralanması barədə məlumatın əsası yoxdur"

MN: "Ermənistan hərbçisinin həlak olması, digərinin yaralanması barədə məlumatın əsası yoxdur"

7-03-2022, 16:39
Oxunub: 1 504 "Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusunun həlak olması və digərinin yaralanması barədə yayılan məlumat yalandır", .

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Ermənistan tərəfinin bu kimi dezinformasiyaları yaymaqda məqsədi ordusunda mövcud olan intizamsızlığı və onun nəticələrini ört-basdır etməkdir. Ordumuzun bölmələri bölgədə sabitliyin təmin edilməsi və mümkün təxribatların qarşısının alınması istiqamətində səylərini davam etdirir", - məlumatda vurğulanıb.