BolgeXeber.Com » Xəbərlər » USQ Rusiya kolonnasını tələyə saldı: Putinin sevimlisi öldürüldü - VİDEO

USQ Rusiya kolonnasını tələyə saldı: Putinin sevimlisi öldürüldü - VİDEO

10-03-2022, 17:16
Oxunub: 1 128 Kiyev vilayətində Ukrayna Silahlı Qüvvələri işğalçı alayının komandiri, rusiyalı polkovnik Zaxarovu məhv edib.
Bu haqda məlumatı Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi yayıb.
"Kiyev vilayətinin Brovarski rayonunda döyüş əməliyyatları zamanı Mərkəzi Hərbi Dairənin 90-cı tank diviziyasının 6-cı tank alayının (Çebarkul) balon-taktiki qrupu (BTQr) şəxsi heyət və texnikada xeyli itki verib. O cümlədən, alayın komandiri polkovnik A.Zaxarov məhv edilib”.
Bildirilir ki, BTQr-nin 6-cı tank alayının xeyli itki verməsi nəticəsində 90-cı tank diviziyasının 239-cu tank alayının BTQr-si ilə birlikdə geri çəkilərək müdafiə olanmağa məcbur qalıblar.