BolgeXeber.Com » Xəbərlər » Rusiya Azərbaycana uçuşları bərpa etdi

Rusiya Azərbaycana uçuşları bərpa etdi

11-03-2022, 12:56
Oxunub: 1 216 Rusiya pandemiya ilə əlaqədar Azırbaycana uçuşlara tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırıb.

Bu haqda Rusiya mətbuatında məlumat yer alıb.

Belə ki, Rusiya pandemiya ilə əlaqədar Azərbaycanla yanaşı, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və İrana uçuşlara tətbiq etdiyi məhdudiyyətləri götürüb.

Uçuşlar hava hərəkətinə dair ikitərəfli hökumətlərarası sazişlərin müddəaları və aviasiya orqanları arasında ayrı-ayrı sazişlər əsasında qarşılıqlı əsasda həyata keçiriləcək.
Qeyd olunur ki, aviaşirkətlər müntəzəm və qeyri-müntəzəm uçuşları həyata keçirərkən Rusiya Federasiyasının Baş Dövlət Sanitariya Həkiminin 18 mart 2020-ci il tarixli 7 nömrəli "Covid-19”-un yayılmasının qarşısının alınması üçün izolyasiyanın təmin edilməsi haqqında” Fərmanının müddəalarına əməl etməlidirlər.