İcra başçısının məhkəməsi: Direktor olmaq üçün 17 min manat rüşvət veriblər
11-03-2022, 15:30
Oxunub: 1 312
Cəlilabad rayonunun sabiq icra başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin sədrlik etdiyi prosesdə 5 nəfər məktəb direktoru dindirilib.
Şahidlərin hər biri ifadələrində təqsirləndirilən şəxslə münasibətlərinin olmadığını, sabiq icra başçının onlardan pul tələb etmədiklərini bildiriblər.
Rüşvət epizodu ilə bağlı danışan direktorlardan ikisi təyinat üçün Rayon Təhsil Şöbəsinin sabiq müdiri Qərənfil Əhmədovaya rüşvət verdiklərini deyiblər. Şahidlərin ifadələrindən belə olub ki, direktor təyinatı üçün onların birindən 15 min, digərindən isə 17 min manat pul alınıb.
Proses martın 18-də davam etdiriləcək.
Xatırladaq ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər