BolgeXeber.Com » Xəbərlər » Sabirabadda keçmiş məhkumdan narkotik və silah aşkarlanıb

Sabirabadda keçmiş məhkumdan narkotik və silah aşkarlanıb

12-03-2022, 12:02
Oxunub: 1 320 Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, keçirilən tədbirlərlə qeyd edilən cinayət əməli ilə məşğul olan rayonun Suqovuşan kənd sakini, əvvəllər məhkum olunmuş Zahid Yadigarov saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı 132 ədəd kibrit qutusunda və sellofan torbalarda qablaşdırılmış ümumi çəkisi 3 kiloqram 112 qram olan marixuana, dibçəklərdə xüsusi aqrotexniki qaydada qulluq edilərək becərilmiş 1045 ədəd çətənə kollarının ştilləri, bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və 8 ədəd patron aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı Z.Yadigarov cinayət əməlinin səmimi etiraf edib. Faktla bağlı Sabirabad RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində
həbs qətimkan tədbiri seçilib.