BolgeXeber.Com » Xəbərlər » Cəlilabadda yol qəzasında ölən və yaralananların adları məlum oldu

Cəlilabadda yol qəzasında ölən və yaralananların adları məlum oldu

12-03-2022, 14:30
Oxunub: 1 952 Cəlilabadda baş verən yol qəzasında ölən və yaralananların adları məlum olub. 

Hadisə zamanı "VAZ-2107" və "Mitsubishi" markalı avtomobillər toqquşub. 

Qəza nəticəsində "VAZ-2107" markalı avtomobilin sürücüsü, 1966-cı il təvəllüdlü Məlikov Saleh İshaq oğlu, sərnişinlər 1978-ci il təvəllüdü Kərimov Elçin Xanverdi oğlu, 1970-ci il təvəllüdlü İmanova Şura Həsənağa qızı, 1995-ci il təvəllüdlü Şahbazova Gültəkin Həmzə qızı, 1975-ci il təvəllüdlü Kərimova Gülnarə Sulduz qızı hadisə yerində ölüb. Onların hamısı Cəlilabad rayonunun Şabanlı kənd sakinləridir. 

Qəza nəticəsində "Mitsubishi" markalı avtomobildə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Cəlilabad rayonunun İnili kənd sakinləri, 1948-ci il təvəllüdlü Rəhimov Xudaş Musa oğlu, 1984-cü il təvəllüdlü Rəhimov Samir Xudaş oğlu, 2006-cı il təvəllüdlü Rəhimova Jalə Samir qızıdır. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.