BolgeXeber.Com » Xəbərlər » Ağdamda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Ağdamda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

13-03-2022, 19:21
Oxunub: 3 272 Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.  

Bölgə Tv-nin Qarabağ üzrə bölgə müxbirinin verdiyi xəbərə görə, rayonun Xındırıstan kəndi ərazisində "VAZ-2107” markalı 90 EU 281 dövlət qeydiyyat nömrəli avtomobil qarşıdan gələn "Toyota" markalı 02 BS 077 dövlət nömrəli avtomobillə toqquşub.

Qəza zamanı “VAZ-2107”in sürücüsü,1987-ci il təvəllüdlü Qasımov Vasif Nürəddin oğlu ağır bədən xəsarətləri alıb.
Yaralının vəziyyəti ağır olduğundan Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırmalara başlanılıb.