BolgeXeber.Com » Xəbərlər » Vilayət Eyvazov polis şöbəsinin rəisini yüksək vəzifəyə təyin etdi

Vilayət Eyvazov polis şöbəsinin rəisini yüksək vəzifəyə təyin etdi

16-03-2022, 12:17
Oxunub: 1 160 Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsinin (PŞ) rəisi Zaur Əliyev yüksək vəzifəyə təyin olunub.

Bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Z.Əliyev rəis vəzifəsindən azad olunaraq Binəqədi RPİ-nin rəis müavini təyin edilib.

Qeyd edək ki, Z.Əliyev 2018-ci ildən Nəsimi RPİ-nin 22-ci PŞ-nin rəisi vəzifəsində çalışırdı.

Xatırladaq ki, Nəsimi RPİ-nin 22-ci PŞ-nin rəisi vəzifəsində Fəxrin Bektaşi təyin olunub.