BolgeXeber.Com » Xəbərlər » Yaxın günlərdə əhaliyə daha bir şad xəbər verilə bilər - VİDEO

Yaxın günlərdə əhaliyə daha bir şad xəbər verilə bilər - VİDEO

18-03-2022, 12:04
Oxunub: 1 024 Azərbaycanda mart ayından etibarən karantin qaydaları yumşaldılıb və qadağaların əksəriyyəti götürülüb. Lakin ölkə ərazisində sərnişin qatarlarının faəliyyəti bərpa olunmayıb.

Bolgexeber.com xəbər verir ki, pandemiyada bağlanan, bayram ərəfəsində isə ciddi ehtiyac duyulan sərnişindaşıma xidməti hələlik fəaliyyət göstərmir.

Sakinlər də "ARB"yə bildiriblər ki, qatarlar əslində rayonlara gediş-gəliş üçün həm sərfəli, həm də rahatdır. Həmçinin dəmiryolu nəqliyyatını seçən vətəndaşlar yol boyu heç bir problemlə üzləşmirlər.

"Azərbaycan Dəmi Yolları” QSC-dən bildirilib ki, qatarların fəaliyyəti ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.