BolgeXeber.Com » Xəbərlər » Tərtərdə körpələr evi-uşaq bağçasında Novruz şənliyi keçirildi

Tərtərdə körpələr evi-uşaq bağçasında Novruz şənliyi keçirildi

19-03-2022, 18:00
Oxunub: 1 808 Tərtər rayonunda yerləşən 5 saylı körpələr evi-uşaq bağçasında Azərbaycan xalqının milli adət ənənələrini özündə birləşdirən xalqımızın qədim bayramı olan Novruz bayramı qeyd olunub.
TədbirdəTərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib  Alıyev iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovçıxış edərək uşaqları, onların valideynlərini, bağçanın kollektivini və tədbirə dəvət edilmiş qonaqları bayram münasibətilə təbrik edib, onlara əmin-amanlıq, ruzi-bərəkət və firəvan həyat arzulayıb.Qeyd edib ki, bu günkü gün uşaqlar daha xoşbəxt, daha sevinclidirlər. Çünki onlar qalib ölkənin vətəndaşlarıdırlar.
Rayon rəhbəri Azərbaycanda uşaq siyasətinin əsasının Ulu Öndər tərəfindən qoyulduğunu, onun uşaqları sonsuz məhəbbətlə sevdiyini, uşaqlara böyük diqqət və qayğıyla yanaşdığını, “Uşaqlar bizim gələcəyimizdir”,-dediyini dilə gətirib.
Bildirilib ki, bu gün bizə Ümummilli liderin miras qoyduğu ənənələri Ulu Öndərin ən layiqli davamçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Milli Məclisin deputatı Sahib  Alıyev çıxış edərək körpə fidanları, onların valideynlərini və bağçanın kollektivini bayram münasibəti ilə təbrik edib. Gələcəyimiz olan uşaqlara can sağlığı, əmin-amanlıq, süfrələrinə bol ruzi-bərəkət, hər bir ailəyə sevinc və səadət dolu günlər və vətənə layiqli övlad olmalarını arzulayıb.
Şənliklərdə çıxış edən 5 saylı körpələr evi-uşaq bağçasının müdiri Nigar Məmmədova dövlət tərəfindən uşalqara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib, qeyd edib ki, körpələr evi-uşaq bağçasında uşaqların sağlam böyüməsi üçün hər cürə şərait yaradılıb.
Bayram şənliyində uşaqların ifasında maraqlı ədəbi-musiqili proqram nümayiş olunub. Novruza, baharın şəninə şeirlər, mahnılar,rəqslər ifa edilib, səhnəciklər göstərilib.
Şənliyin ən maraqlı anları isə azyaşlıların “Novruz bayramı”na, yazın və baharın gəlişinə, keçəl ilə kosaya aid şeirlər söyləyləməsi olub.
Tədbirdə uşaqların rəngarəng rəqsləri maraqla izlənib. 









.