BolgeXeber.Com » Xəbərlər » “Wolt”un kuryerləri etiraza qalxdı - Maaşlardan narazılıq edirlər

“Wolt”un kuryerləri etiraza qalxdı - Maaşlardan narazılıq edirlər

22-04-2022, 15:00
Oxunub: 1 616 "Wolt” şirkətində kuryer işləyən 100-dən çox işçi bu gün işə çıxmayıb. 
Bu barədə "İşçinin səsi” məlumat yayıb. Bildirilir ki, onlar maaş artımı tələbilə şirkətin mobil proqramını dondurublar. İşçilər deyib ki, "Wolt” şirkəti artıq kuryerlərin bir çoxunu işdən çıxarıb. 
Tətil təşkilatçılarının sözlərinə görə, maaş artımı tələb edəndə şirkətdən hədə-qorxu gəlirlər ki, işləmək istəyən, növbədə gözləyən yüzlərlə insan var.
"Səni psixoloji olaraq sındıraraq inandırırlar ki, sənin əhəmiyyətin yoxdur, sən sadəcə statistikasan, yüzlərlə kuryerdən birisən. Səndən növbədə yüzlərlədir", deyə işçilər bildirilib.
Hər gün səhərdən-axşama "şeytan arabasıyla” yollarda şütüyən kuryerlər ötən aylar ərzində həyatın kəskin bahalaşdığını, maaşlarınsa yerində saydığını bildiriblər. 
İşçilər birlikdə olmağın yaratdığı gücdən əmindir:
"Kiçik qar dənəcikləri böyük qar topaları yarada bilir”.
 
Məsələ ilə bağlı "Wolt"dan münasibət öyrənmək mümkün olmayıb.