BolgeXeber.Com » Xəbərlər » Şuşa və Ağdam şəhərlərinə may ayına olan biletlər satışa çıxarıldı

Şuşa və Ağdam şəhərlərinə may ayına olan biletlər satışa çıxarıldı

26-04-2022, 18:31
Oxunub: 2 000 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şuşa və Ağdam şəhərlərinə istifadəyə verdiyi müntəzəm avtobus reyslərinə may ayına olan biletlər satışa çıxarılıb.

Bolgexeber.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilir ki, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib.

Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Təhlillər nəticəsində Bakı – Şuşa – Bakı istiqamətində əlavə reysin açılması qərara alınıb. May ayından etibarən sərnişinlər Bakı – Şuşa – Bakı istiqamətində həftədə 3 dəfə deyil, 4 dəfə səfər edə biləcəklər.

Avtobus marşrutlarının may ayı üçün hərəkət cədvəli

Marşrut

May ayı üzrə səfər günləri

Bakı – Şuşa – Bakı - Cümə axşamı, çümə, şənbə və bazar

Bakı – Ağdam – Bakı - Şənbə, bazar
 
Əhmədbəyli – Şuşa– Əhmədbəyli - Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə

Bərdə – Ağdam – Bərdə - Çərşənbə axşamı