BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda gəlinini kimyəvi maddə ilə yandıran qayınata: "Yaxşı eləmişəm" - VİDEO

Azərbaycanda gəlinini kimyəvi maddə ilə yandıran qayınata: "Yaxşı eləmişəm" - VİDEO

27-04-2022, 10:55
Oxunub: 2 056 Azərbaycanda 67 yaşlı qayınatası tərəfindən yandırılan Telnaza qarşı vəhşiliyi edən şəxs əməlindən peşman deyil.

Bolgexeber.com xəbər verir ki, "Elgizlə İzlə” verilişinin aparıcısı canlı yayımda deyib ki, Qalib adlı şəxs prodüserlə danışarkən "Yaxşı eləmişəm" cavabını verib.
Qeyd edək ki, yanıq izləri dərin olduğu üçün qadının üzünü efirə vermək mümkün olmayıb.

O bildirib ki, yanarkən özündən gedib: "Evdə maaş üstündə dava oldu. Qayınatam, mən, yoldaşım idik. Kimsə məni arxadan vurdu, ayılanda gördüm ki, yanmışam. Mənim atam fağır adamdır, onlar da bundan istifadə etdilər. Polisə vermədik”.