BolgeXeber.Com » Xəbərlər » Bakıda 19 yaşlı oğlan qızın şəkilləri ilə profil açıb, görün nə etdi

Bakıda 19 yaşlı oğlan qızın şəkilləri ilə profil açıb, görün nə etdi

18-07-2022, 11:31
Oxunub: 2 608 Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın qızının şəkillərindən istifadə edən şəxsin sosial şəbəkədə səhifə açaraq digər şəxsləri təhqir etməsini, habelə ona hədə-qorxu gəlib pul tələb etməsini bildirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən 19 yaşlı Y.Məmmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.