BolgeXeber.Com » Xəbərlər » FİLM KİMİ OLAY: Bakıda kafeyə basqın edildi

FİLM KİMİ OLAY: Bakıda kafeyə basqın edildi

29-03-2023, 10:52
Oxunub: 1 024

Bakıda kafeyə silahlı basqın olub.


Bolgə.TV xəbər verir ki, hadisə paytaxtın Biləcəri qəsəbəsində yerləşən "Aşıqlar" kafesində qeydə alınıb.


Belə ki, həmin kafeyə müştəri qismində gələn 2 nəfər şəxs Səxavət Məhəmməd oğlu Məmmədovun üzərinə bıçaq çəkərək pul tələb edib və kassadan təxminən 40-45 manat məbləğində pul götürüb.


Hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Ricat Salman oğlu Cəfərov və 1996-cı il təvəllüdlü Turan Ələddin oğlu Alıyev saxlanılaraq polisə təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb istintaq aparılır.